"Facebook"dan futbolsevərlərə

Dünyanın ən çox istifadə edilən sosial media platforması "Facebook" Çempionlar Liqasının yayım hüquqlarını alıb.

Metbuat.az "Miliyyet.com"a istinadla bildirir ki, Feysbuk 2018-2021-ci illər arasında Latın Amerikasında UEFA Çempionlar Liqası və UEFA Super Kubok qarşılaşmalarını platformaları üzərindən translyasiya edəcək.

Feysbuk hər hansı üzvlük və ya əlavə ödəniş tələb etmədən sözügedən illər arasında baş verəcək matçları UEFA Çempionlar Liqası Facebook səhifəsi üzərindən Cənubi amerikalı futbolsevərlərin xidmətinə təqdim edəcək.

Aysel Yaqubqızı / Metbuat.az

Mini-futbol millimiz mübarizəni dayandırdı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR