Məmmədyarov turnirə qələbə ilə başladı

Məmmədyarov turnirə qələbə ilə başladı
10:38 19 Avqust 2018
20 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində start götürən Sinkfild Kuboku superturnirinə qələbə ilə başlayıb.

Publika.az xəbər verir ki, ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov Amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib.

İkinci turda Azərbaycanlı şahmatçının rəqibi Rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişukla qarşılaşacaq.

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/250942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR