Lənkəranda dəryaz can aldı

Lənkəranda dəryaz can aldı
11:58 19 Avqust 2018
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Məlumata görə, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasında yerə yıxılıb.

Yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/250946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR