BMT-nin keçmiş baş katibi Kofi Annan vətəni Qanada dəfn olunacaq.

Milli.Az Report-a istinadən bildirir ki, yaxın günlərdə paytaxt Akkrada dövlət səviyyəsində keşiriləcək tədbirin vaxtı açıqlanacaq.

Bundan sonra analoji tədbirlər BMT-nin Nyu-York və Cenevrə ofislərində baş tutacaq.

Xatırladaq ki, K.Annan avqustun 18-də Cenevrədə 81 yaşında dünyasını dəyişib. O, 1997-ci ildən 2006-cı ilədək BMT-yə rəhbərlik edib. 2001-ci ildə K.Annan və BMTNobel Sülh Mükafatına layiq görülüb.

Milli.Az