Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün azarkeşlik etdiyi klub müəyyənləşib.

"Report" "İndigo" jurnalına istinadən xəbər verir ki, bu, "Güneş" İdman Klubudur.

1933-cü ildə "Qalatasaray"dan ayrılan "Günəş" 27 nəfərin təşəbbüsü ilə qurulub. İstanbul təmsilçisinin ilk prezidenti isə M.K.Atatürkün sadiq yavəri Cevat Abbas Gürer seçilib. Komanda 1937/1938 mövsümündə həm milli çempionatın, həm də İstanbul Futbol Liqasının qalibi olub.

"Güneş" klubu 21 iyul 1959-cu ildə Bakıda "Neftçi" ilə yoldaşlıq oyunu da keçirib. İosif Stalin adın Respublika stadionunda (indiki Tofiq Bəhramov adına Respublika stadionu - red.) baş tutmuş matçda hesab açılmayıb.

Qeyd edək ki, "Günəş" fəaliyyətini Atatürkün dünyasını dəyişdiyi 1938-ci ildə dayandırıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Atatürk "Neftçi" ilə yoldaşlıq oyunu keçirən komandaya azarkeşlik edirmiş - VİDEO Atatürk