Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir

Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir.

Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin iştirakı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində deyib.

R.Abdullayev bildirib ki, 27 yaşayış məntəqəsinin qazla təmin olunmasından sonra indi 2297 qəsəbə mərkəzləşdirilmiş qazla təmin olunub:

"Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində qaz şəbəkələrinin sahəsi 10 500 kilometrdən 45 500 kilometrə çatıb. Qazlaşdırma sahəsi arta-arta gedir. Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir".

O qeyd edib ki, bundan əvvəl 720 min abonent olsa da, Dövlət Proqramından sonra artıq 2 milyon 140 min abonent var:

"Əgər itkilər 2010-cu ildə 16-17 faiz idisə, yeni sistemlərin qurulmasından sonra itkilər azalıb və hazırda 5,5 faizə enib. Lahıca qaz çəkildikdə biz 19 kilometr kənardan qazpaylayıcı məntəqəsindən götürmüşük. Bununla bərabər, Qaraqaya, Gəndov, Namazgah kəndləri də qazlaşdırılıb. Lahıcın daxilində ümumilikdə 39 min metr uzunluğunda boru xətti çəkilib".

SOCAR prezidenti vurğulayıb ki, dövlət başçısının göstərişi ilə fərq qoymadan bütün evlərə, bütün obyektlərə qaz çəkilib: "Relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə burada qaz çəkilişinin çətinlikləri var. Qaz xətti dağlıq ərazilərdən, qayalıqlardan keçdiyinə görə bəzən borular əllə daşınıb".

Toy günü bəy maşınının arxasına görün nə yazdırdı - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR