Gəlini toyun ortasından APARDILAR

Ailəsinin təkidi ilə məcburi şəkildə evləndirilən 14 yaşlı qızı polislər xilas edib.

Metbuat.az bildirir ki, hadisə Türkiyənin Ankara şəhərində qeydə alınıb. Ailəsi tərəfindən məcburi şəkildə ərə verilən 14 yaşlı qız çıxış yolu olaraq polisə zəng edib. Qızın “qaynar xətt”ə müraciətindən dərhal sonra polis toy baş tutan məkana gəlib. Əməliyyat nəticəsində 14 yaşlı qız evlənməkdən son anda xilas ola bilib. 23 yaşlı bəylə birlikdə qızın ata və anası isə nəzarət altına alınıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Məktəbdə dostlarının zorakılığına məruz qaldı - 9 yaşlı uşaq İNTİHAR ETDİ/ VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR