Ukrayna üzrə zirvə toplantısı təxirə salındı

Ukrayna üzrə zirvə toplantısı təxirə salındı
01:24 13 Yanvar 2015
160 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 15-də Astanada nəzərdə tutulmuş Ukrayna üzrə dövlət başçıları səviyyəsində “normand formatlı” görüş təxirə salınıb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa parlamentinin xarici işlər üzrə Komitəsinin sədri Elmar Bruk bildirib.

 

“Bu həftəyə planlaşdırılan görüş baş tutmayacaq”, deyə E.Brok bildirib. Onun sözlərinə görə, Milanda olduğu kimi, dövlət başçıları mütəmadi bir araya gəldiklərinə baxmayaraq nəticə əldə edilmir.  

 

E.Brok qeyd edib ki, ilk növbədə, Ukrayna-Rusiya sərhədini möhkəmləndirmək zəruridir: “ Məhz bundan sonra məhsuldar danışıqlar mümkündür”.

 

Qeyd edək ki, “Normand dördlüyü”nün xarici işlər nazirləri yanvarın 12-də Berlində görüşüblər. Görüşdən sonra tərəflər hər hansı açıqlama verməyiblər. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR