Çilidə Kalbuko vulkanı 43 ildən sonra yenidən oyanıb.

ANS PRESS-in məlumatına görə, dünən axşam saatlarında Çillinin cənubunda baş verən vulkan pükürməsi ölkədə fövqəladə vəziyyət yaradıb. Göy üzünü 20 kilometrlik kül və toz buludu bağlayıb.

Paytaxt Santiaqonun 1000 kilometr cənubunda yerləşən Kalbuko vulkanı dənizdən 2 min metr yüksəklikdə yerləşir. Yanardağın fəaliyyətə keçməsi ilə bölgəyə təcili tibbi yardım maşınları göndərilib. Puerto Varas qəsəbəsi yaxınlığında "həyəcan" siqnalı verilib.

4 mindən çox adam 20 kilometrlik təhlükə bölgəsindən evakuasiya edilib. Dağın ətrafındakı məktəblərdə tədris dayandırılıb. Rəsmi proqramlarını ləğv edən dövlət başçısı Mişel Baçelet bölgəyə səfər edəcək. Daxili İşlər naziri Rodriqo Penaililo hələlik heç bir insan tələfatı olmadığını söyləyib.

Bildirilir ki, küləklərin təsiriylə kül və toz buludları Argentinaya doğru hərəkət edir. Bölgəyə ən yaxın Puerto Montt şəhərinin aeroportunda təyyarə uçuşları ləğv edilib. 1837-ci ildən bəri 9 dəfə partlayan Kalbuco vulkanı ən son 1972-ci ildə fəaliyyətə keçmişdi.



Vulkan püskürməsi bu ölkəni çətinə saldı (FOTO, VİDEO)

Vulkan püskürməsi bu ölkəni çətinə saldı (FOTO, VİDEO)

Vulkan püskürməsi bu ölkəni çətinə saldı (FOTO, VİDEO)

Vulkan püskürməsi bu ölkəni çətinə saldı (FOTO, VİDEO)
Mənbə
ANS PRESS