Danimarka millisində xaos hökm sürür.

Milli.Az xəbər verir ki, futbolçular yığmada oynamaqdan imtina edib. Komanda üzvləri millinin bazasını tərk ediblər.

Yerli federasiya həll yolu tapmaqda çətinlik çəkincə, son çarə kimi futzal millisinə üz tutub. Mətbuatın yazdığına görə, Danimarka yığması Slovakiya ilə yoldaşlıq oyunu və Uelsə qarşı Millətlər Liqası matçına futzal yığmasının üzvləri ilə çıxacaq.

Danimarka Slovakiya ilə sabah, Uelslə sentyabrın 9-da qarşılaşacaq.

Qeyd edək ki, baş verən xaosa səbəb Futbolçular Birliyi ilə Danimarka Futbol federasiyası arasındakı anlaşılmazlıqdı. Oyunçuların imic, sponsorluq və reklam haqları ilə bağlı aparılan danışıqlar uğursuz nəticələndiyindən futbolçular komandanın düşərgəsini tərk edib.

Milli.Az