Bakıda avtobuslarda sərnişinlər daha çox nəyi unudurlar

Avqust ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) 6 ədəd pulqabı, 5 ədəd çanta, 4 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd kompüter avadanlığı və 1 dəst paltar sahibinə qaytarılıb.

Bakı Nəqliyyat Agentliyindən Metbuat.az-a verilən məlumata görə, həmçinin, sahiblərinə çatdırılması üçün 70 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 7 sənəd isə “Poçtap” xidmətinə təhvil verilib.

Eyni zamanda, avqustda avtobuslarda tapılan Azər Xanbaba oğlu Həsənli və Hüsniyyə Mirbayram qızı İsmayılovaya məxsus şəxsiyyət vəsiqəsi, Fuad Gülağa oğlu Piriyev, Namiq Faiq oğlu Salmanov, Tariyel Allahverdi oğlu Ağayev və Mirələsgər Məmmədova məxsus iş kartı, Cəmilə Sarxaşovaya məxsus bank kartı, eləcə də İlqar Əmirxan oğlu Ələkbərov və Əjdər Nuriyevə məxsus müxtəlif sənədlərin surətləri hazırda “BakuBus” MMC-dədir. Həmçinin, içərisində Ulduz Qəhrəman qızı Verdixanovaya məxsus şəxsiyyət vəsiqəsi olan çanta və Tural Müşfiq oğlu Sadıqova məxsus şəxsiyyət vəsiqəsi olan pulqabı, eləcə də sahibləri məlum olmayan əşyalar “BakuBus” MMC-də saxlanılır.

Vətəndaşlar “BakuBus” MMC-yə müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər.

Qeyd edək ki, “BakuBus” MMC avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə cavabdehlik daşımır.

Azərbaycan Rusiyaya meyvə ixracını 71% artırıb - oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR