Müğənni Nigar Camal 38 yaşını qeyd edib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, "Avroviziya" qalibi şəhər restoranlarının birində sənət dostlarını bir araya toplayaraq, yeni yaşında bolluca əylənib.
N.Camal şəxsi "Instagram" hesabında video paylaşaraq, onu da qeyd edib ki, 7 sentyabrda Bakıda olmayacaq deyə, doğum gününü sentyabrın 6-da qeyd etməyə qərar verib.
Müğənninin xoş günündə aparıcı Ranar Musayev, müğənnilər Eldar Qasımov, Samir Cavadzadə, şair Zəhra Bədəlbəyli və başqaları iştirak edib.
Milli.Az