Play Store

Floridada XIII ənənəvi Türk mədəniyyəti festivalı keçirilib

Floridada XIII ənənəvi Türk mədəniyyəti festivalı keçirilib
14:18 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 23 aprel, AZƏRTAC
ABŞ-ın Florida ştatının Hollivud şəhərində, “Young Circle” parkında XIII ənənəvi Türk mədəniyyəti festivalı keçirilib. Festivalda Azərbaycanı Töhfə Eminovanın rəhbərliyi ilə Floridanın Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası təmsil edib.
Assosiasiyanın stendində Azərbaycanın coğrafi və tarixi xəritələri, habelə ölkəmizin turizm potensialı haqqında məlumatlar təqdim olunub. Milli geyimlər geyinmiş assosiasiya və Azərbaycan icması üzvləri festivalın qonaqlarına ölkəmizin tarixindən, mədəniyyətindən, mətbəxindən danışıblar.
Ənənəvi festival Türkiyənin, Azərbaycanın və digər türk ölkələrinin mədəni sərvətlərini nümayiş etdirmək məqsədi daşıyır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Floridada_XIII_enenevi_Turk_medeniyyeti_festivali_kechirilib-849035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR