İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Milli.Az xəbər verir ki, ötən ayın ən yaxşısı "Tottenhem"in hücumçusu Lukas Mura seçilib. 26 yaşlı hücumçu avqustda meydana çıxdığı 3 oyunda 3 qol vurub.
Mura İngiltərə Premyer Liqasında bu uğura imza atan 4-cü braziliyalı olub. Ondan əvvəl 1997-ci ildə Juninyo Paulista, 2004-cü ildə Edu, 2011-ci ildə isə David Luis ayın futbolçusu seçilməyi bacarıb.
Avqust ayının ən yaxşı baş məşqçisi adına isə "Uotford"u çalışdıran Xavi Qrasiya layiq görülüb. İspan mütəxəssisin başçılıq etdiyi komanda 3 oyunda 3 qələbə qazanıb.
Elçin Əlixan
Milli.Az