Argentina milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Milli.Az xəbər verir Lionel Skaloninin rəhbərlik etdiyi komanda Qvatemala yığması ilə qarşılaşıb. Görüş Argentinanın 3:0 hesablı qələbəsiylə başa çatıb.

Matçda üçüncü qolu "Atletiko"nun baş məşqçisi Dieqo Simeonin oğlu Covanni Simeone vurub. Lionel Messi isə milliyə dəvət olunmayıb.

Argentina - Qvatemala 3:0

QOLLAR: Qonsalo Martines, 27, Covani lo Selso, 35, Covanni Simeone, 44

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Argentinadan darmadağın - Simeonenin oğlu qol vurdu, Messi isə... VİDEO Argentina - Qvatemala 3:0