Play Store

Avropa Oyunlarına yaradıcı dəstək festivallarına hazırlıq bitdi

Avropa Oyunlarına yaradıcı dəstək festivallarına hazırlıq bitdi
16:04 23 Aprel 2015
97 Sosial
Ölkə mətbuatı
A- A+

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənclərdən İlk Avropa Oyunlarına yaradıcı dəstək” layihə çərçivəsində Mingəçevir və Gəncə şəhərlərində möhtəşəm festivalların hazırlıq işləri bitir. Mərkəzdən Lent.az-a verilən məlumata görə, yaxın günlərdə baş tutacaq festivallarda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə, ölkəmizin ev sahibliyi edəcəyi Avropa Oyunlarına ictimai dəstək verəcəklər.

 

Festivallarda uşaq və yeniyetmələrin, eyni zamanda gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdiriləcək, gənclər arasında viktorinalar keçiriləcək. Avropa Oyunlarının Mingəçevir şəhərində də keçiriləcəyini nəzərə alaraq, festival çərçivəsində Kür çayında bir sıra su oyunları və yarışları da təşkil olunacaq. Artıq hər 2 şəhərdə bu festivallara hazırlıq məqsədilə yaradıcı gənclər üçün təlimlər keçirilib, onların səhnələri, əl işləri və s. hazırlanıb, tədbirin proqramı üzərində iş başa çatıb. Festivalların açıq havada keçirilməsi planlaşdırılıb.

 

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, region gəncləri bu festivallara çox ciddi hazırlaşıblar: “Onlar festivallar vasitəsilə ölkəmizdə keçirilək bu nüfuzlu tədbirə hər cür dəstək olduqlarını bəyan etmək niyyətindədirlər. Tədbirimiz İlk Avropa Oyunları ərəfəsində həm yadda qalacaq, həm də geniş ictimaiyyəti məlumatlandıracaq”.

 

Qeyd edək ki, layihə Avropa Oyunlarına dəstək verməklə yanaşı, regionlarda yaradıcı gənclərin üzə çıxarılmasında da xüsusi rol oynayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR