Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının növbəti iclası keçirilib

Moskvada Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının növbəti iclası keçirilib
18:23 23 Aprel 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+


Moskva, 23 aprel, AZƏRTAC 
Aprelin 21-23-də Moskva şəhərində Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının üçüncü iclası keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə Dövlət sərhədlərinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov rəhbərlik edib.
İclasda Azərbaycan-Rusiya dövlət sərhədlərinin demarkasiyası prosesi ilə bağlı bir sıra məsələlər müzakirə olunub və ekspertlərin görüşlərinin nəticələrini əks etdirən protokollar təsdiqlənib. Eyni zamanda, Azərbaycan-Rusiya dövlət sərhədinin ərazidə sərhəd nişanlarının işarələnməsi qaydaları haqqında təlimat imzalanıb.
Komissiya 2015-ci il üçün iş planını və demarkasiya prosesi ilə bağlı bəzi təlimatlara dəyişiklikləri təsdiq edib.
Azərbaycan-Rusiya birgə demarkasiya komissiyasının iclası mehriban qonşuluq və konstruktiv dialoq ruhunda keçib və iclasın yekunu olaraq Protokol imzalanıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskvada_Azerbaycan_Rusiya_birge_demarkasiya_komissiyasinin_novbeti_iclasi_kechirilib-849146

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR