Sverdlovsk Ombudsmanı: Azərbaycanlı futbolçunun qatlilləri cəzalanacaq

Sverdlovsk Ombudsmanı: Azərbaycanlı futbolçunun qatlilləri cəzalanacaq
19:14 23 Aprel 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan Ombudsmanı Elmira Süleymanova Rusiyanın Sverdlovsk vilayətində İnsan Hüquqları üzrə Müvəkkilinə aprelin 19-da Yekaterinburq şəhərində “Neftçi” komandasının keçmiş futbolçusu Emil Hüseynovun milliyyətcə erməni olan bir qrup şəxs tərəfindən vəhşicəsinə öldürülməsi faktı ilə bağlı müraciət edib.

 

Ombudsman Aparatının Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qətlin səbəbləri və xüsusatları barədə daxil olmuş ilkin məlumatlar və insan hüquqlarının təmin edilməsi üzrə ikitərəfli müqavilə çərçivəsində təsisatlar arasında əməkdaşlıq münasibətlərinə istinad edən Elmira Süleymanova RF Sverdlovsk vilayətinin Ombudsmanı T.Q.Merzlyakovaya müraciətində qeyd olunmuş cinayətin operativ və obyektiv araşdırılmasını, cinayətkarların müəyyən edilərək cəzalandırılmasını, Sverdlovsk vilayətində yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsini xahiş edib.


 

Daxil olmuş cavab məktubunda bildirilib ki, Ombudsman E.T.Süleymanovanın müraciəti ilə bağlı qeyd olunmuş cinayətin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi üçün zəruri tədbirlər görülüb. Belə ki, T.Q.Merzlyakovanın xahişi ilə RF Baş prokurorunun Ural federal dairəsi üzrə müavini Y.A.Ponomaryov Azərbaycan Respublikası Milli Məclisinin deputatı M.Y.Zabelini və Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu S.M. Qasımovu qəbul edib və onlara cinayətin araşdırılması üzrə görülən tədbirlər barədə məlumat verib.

 

Həmçinin, Ombudsmanın müraciəti ilə bağlı T.Q.Merzlyakova şəxsən Sverdlovsk vilayətinin qubernatoru administrasiyasının rəhbərliyi, Yekaterinburq şəhərindəki Azərbaycan Respublikasının Baş konsulluğunun və Azərbaycan diasporunun rəhbərliyi ilə görüşüb. Onun RF Baş prokurorunun Ural federal dairəsi üzrə müavini Y.A.Ponomaryova etdiyi müraciəti nəticəsində məlum olub ki, ölüm faktı üzrə RF CM-nin 105.2-ci(xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə əsasən cinayət işi başlanılıb, cinayətin törədilməsində şübhəli şəxs saxlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib, istintaqın gedişi prokurorluğun xüsusi nəzarətindədir.

 

T.Q.Merzlyakova xüsusi olaraq bunları bildirib: “Mən əminəm ki, ölümlə nəticələnən bu cinayətin üstü açılacaq və cinayətkarlar qanun çərçivəsində cəzalandırılacaqlar”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR