Play Store

Misir musiqiçilərinin “İpək yolu” beynəlxalq musiqi festivalında iştirakı gözlənilir

Misir musiqiçilərinin “İpək yolu” beynəlxalq musiqi festivalında iştirakı gözlənilir
18:38 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin direktoru, Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Əhməd Sami əl-Aydi Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə ilə görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə F.Əlizadə rəhbərlik etdiyi qurumun yaranma tarixi, fəaliyyəti, Bəstəkarlar İttifaqının hər il Şəki şəhərində keçirdiyi “İpək yolu” beynəlxalq musiqi festivalı barədə məlumat verib.
Görüşdə Misir musiqiçilərinin də festivalda iştirak təklifləri müzakirə olunub.
Əhməd Sami əl-Aydi bu təklifi dəyərləndirərək Misir musiqiçilərinin bu festivalda iştirakının iki ölkə arasında mədəni əlaqələrinin daha da möhkəmlənməsinə verə biləcəyi töhfələrdən danışıb.
Sonra qonaq Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı fəaliyyət istiqamətlərindən, iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı rolundan söhbət açıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_musiqichilerinin_Ipek_yolu_beynelxalq_musiqi_festivalinda_istiraki_gozlenilir-849189

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR