Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində növbəti təqdimat

19:58 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, F.Şükürova, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Qara Qarayev VI müasir musiqi festivalı çərçivəsində “Kölgənin fövqündə” adlı tamaşa nümayiş olunub. Tamaşa 2006-cı ildə Bethoven festivalının sifarişi ilə Bonn Opera Teatrı üçün yazılmışdı. Əsərin ssenarisi bəstəkar Pliniusun “Təsviri incəsənətin yaranışı” haqdakı əfsanəsinə əsaslanır.
AZƏRTAC xəbər verir ki, operanın dramaturgiyası iki xəttin paralel inkişafında qurulub.
Operanın librettosunda “İlahi komediyası”, “İncəsənət haqda mübahisə”, “Kölgə və yolçunun dialoqu”, habelə firon Ehnaton “Günəş himni” və başqa klassik mətnlərin azad işlənmiş versiyada istifadəsi yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qara_Qarayev_VI_muasir_musiqi_festivali_cherchivesinde_novbeti_teqdimat-849205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR