Play Store

Afinadan isti külək: Elnurun promoturunda növbəti dayanacaq

Afinadan isti külək: Elnurun promoturunda növbəti dayanacaq
19:17 23 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın "Eurovision" təmsilçisi Elnurun promotur çərçivəsində səfər etdiyi növbəti ölkə Yunanıstan oldu ki, müğənni burada çox məhsuldar bir gün keçirtdi. Əvvəl o, "MAD TV" və "MAD TV Albania" üçün müsahibə verdi, sonra "Antenna TV" telekanalının səhər şousunun efirinə çıxdı, burada "Hour of the Wolf" müsabiqə mahnısını təqdim etdi və studiyada suallara cavab verdi.
 
Milli.Az xəbər verir ki, Elnur Afinanın qədim küçələrini gəzmək və şəhərdən həzz almağı çox istəyirdi, ona görə də bu unikal fürsəti qaçırmamağa çalışırdı. Müğənni hətta yerli zoomağazaya baş çəkdi və öz pişiyi üçün hədiyyələr aldı. Elnur heyvanları çox sevir və onların hüquqları üçün mübarizə aparır, ona görə də özünün ev heyvanları üçün maraqlı bir şey tapmaq fürsəti olan kimi o, mütləq ondan yararlanmağa çalışır.
 
Daha sonra Elnuru növbəti müsahibələr gözləyirdi – bu dəfə "Hello! Magazine" jurnalı üçün (müsahibə zamanı foto və videoçəkilişi "Star Channel" telekanalı aparırdı), həmçinin "Virus" jurnalı və "Oikotimes.com" portalı üçün. Gün çox isti və dolğun keçdi.
Yunanıstan, səmimi qəbula görə təşəkkürlər! Növbəti dayanacaq Moskvadır! Elnurun promoturu haqqında eksklüziv xəbərləri izləyin.
 
Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında "Hour of the Wolf" mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək.
 
Elnur barədə son xəbərləri rəsmi səhifələrdə izləyə bilərsiniz:


Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/336184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR