Yuventusun sabiq yarımmüdafiəçisi Andrea Pirlo Kriştiano Ronaldu haqqında danışıb.
Mətbuat.az Tuttosport saytına istinadən bildirir ki, yarımmüdafiəçi Ronaldu ilə birgə əsas heyətdə oynaya biləcək ən ideal futbolçu kimi Mario Mandzukiçi görür. Onun fikrincə portuqaliyalı hücumçu üçün ideal tərəf müqabili məhz Mario Mandzukiç ola bilər. Manjukiç, Dibala yaxud Duqlas Kosta, - sualına da sabiq Yuventuslu məhz Mandzukiç cavabını verib. “Ronaldu meydanda topla tək oynamağı sevmir. O, oyununu daha çox sol cinahda qurmağı sevən futbolçulardandır. Bu ona daha rahatdır. Onunla yanaşı oynayan tərəf müqabili kimi Manjuçik idealdır”, – deyə Pirlo bildirib.