"Manchester United" "Atletiko"nun oyunçusunu transfer etməyə hazırlaşır. O, bununla hətta öz transfer rekordunu təzələyə bilər.
Mətbuat.az Manchester Evening News nəşrinə istinadən xəbər verir ki, mankuniyalılar Atletikodan Şaul Nyigesi öz heyətlərinə qatmaq istəyirlər. Klub oyunçu üçün 134 milyon funt təklif etməyə hazırdır.
Oyunçu ilə bağlanan müqavilədə məhz bu məbləğ göstərilib. Qeyd edək ki, Şaul həm də "Barselona"nın maraq dairəsindədir.