Topaz Premyer Liqasında IV turun "Qarabağ" - "Sumqayıt" (1:0) matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Mətbuat.az xəbər verir ki, görüş barədə fikirlərini bildirən məşqçi oyunun ağır keçdiyini, rəqibin daha rahat oynadığını qeyd etdi: “Buna baxmayaraq qalib gəldik. Futbolçuları təbrik edirəm”.
Baş məşqçi növbəti oyunun daha ağır olacağını istisna etməyib. Bununla belə, komandanın qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə edəcəyinə inandığını bildirib.
Q.Qurbanov rəqib komanda – “Sportinq”lə bağlı fikirlərini bildirərək rəqibi analiz etdiyini və oyunlarına baxdığını deyib.
Araz Abdullayevin çıxışına münasibət bildirən baş məşqçi “Ondan maksimum nəticə gözləyə bilmərik. Komandada ilk oyunu idi”, - deyə yaxşı oyunlarını görə biləcəyinə ümid etdiyini deyib.