Dünya ulduzları Azərbaycanda futbol oynadı (FOTO)

Dünya ulduzları Azərbaycanda futbol oynadı (FOTO)
21:51 23 Aprel 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

"Synergy Group" tərəfindən təşkil edilən "Shamkir Chess 2015" turnirinin iştirakçıları istirahət günündə futbol turnirində gücünü sınayıb.

ANS PRESS-in məlumatına görə, ilk yarımfinal görüşündə Azərbaycan jurnalistləri yerli şahmatçılardan ibarət komandanı 5:1 hesabıyla məğlub edib. Finala vəsiqə uğrunda digər görüşdə dünya şahmatçılarından ibarət kollektiv "Shamkir Kapital Group"a 1:7 hesabıyla uduzub.

3-cü yer uğrunda görüşdə dünya şahmatçıları 3:1 hesablı qələbə qazanıb. Bu görüşdə uduzan Azərbaycan şahmatçıları 4-cü yeri tutub. Finalda "Shamkir Kapital Group" Azərbaycan jurnalistlərinə 4:2 hesabla qalib gələrək turnirin əsas mükafatına sahib çıxıb.







Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=340004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR