Mətbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Bavariya” rəhbərliyi Münhen komandasının yarımmüdafiəçisi Frank Riberini “Bayer”lə matçda davranışına görə cərimələmək niyyətindədir.
Nəşrlərin yazdığına görə 35 yaşlı fransız futbolçu Almaniya çempionatının 3-cü turu çərçivəsində “Bayer”lə keçirilən matçın qurtarmasına 7 dəqiqə qalmış özbaşına ehtiyat skamyasını tərk edib. O, əvvəlcə texniki zonaya gedib, daha sonra stadionu tərk edib.
Buna baş məşqçi Niko Kovaçın onu meydana buraxmayıb ehtiyat skamyasında saxlamaq qərarı səbəb olub.
Qeyd edək ki, Almaniya çempionatının 3-cü turu çərçivəsində “Bavariya” “Bayer”i 3:1 hesabla məğlub etmişdi.