Mətbuat.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 4-cü turun üçüncü matçında "Sabah" klubu "Qəbələ" ilə qarşılaşıb. "Əlincə Arena"da keçirilən görüş debütantın qələbəsi ilə başa çatıb (1:0). Oyunun taleyinə hücumçu Marko Deviçin vurduğu qol aydınlıq gətirib. 23-cü dəqiqədə yeganə qola imza atan ukraynalı, bombardirlik yarışında lider hesab olunur. O, bununla cari mövsümdə 6 qola sahibliyini təsdiq edib.

Qeyd edək ki, 9 xallı "Sabah" birinci pillədədədir. 4-cü yerdə isə 4 xalla “Qəbələ” qərarlaşıb.

Məlumat üçün bildirək ki, turun digər oyununda, "Qarabağ" doğma meydanda "Sumqayıt"ı (1:0) məğlub edib. "Səbail" - "Zirə" qarşılaşmasında isə bərabərlik qeydə alınıb (1:1).