Pedaqoji Universitetə yeni prorektor təyin olundu

Pedaqoji Universitetə yeni prorektor təyin olundu
22:17 23 Aprel 2015
161 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni kadr təyinatı olub.

Milli.Az modern.az-a istinadən bildirir ki, professor Fikrət Rzayev bu gün ADPU-nun təlim-tərbiyə məsələləri üzrə prorektoru təyin edilib.
 
Fikrət Rzayev 1953-cü il martın 16-da Gəncə şəhərində anadan olub. 1970-ci ildə Gəncə şəhərinin 4 saylı orta məktəbini bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib. 1977-1979-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun aspirantı olub.
 
1979-cu ildən sonra uzun müddət BDU-nun rus ədəbiyyatı tarixi kafedrasının assistenti, baş müəllimi, dosenti işləyib.
 
Filologiya elmləri doktoru, professor Fikrət Rzayev son təyinatadək Lomonosov adına Moskva universitetinin Bakı Filialında Filologiya fakültəsinin dekanı olub.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR