Bakıdakı TIXACIN SƏBƏBİ

Hər il olduğu kimi, bu il də dərs ilinin başlanması ilə bağlı səhər saatlarında paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunub.

Valideyn, müəllim və tələbələrin təhsil müəssisəsinə eyni vaxtda axını uzun tıxacların yaranmasına səbəb olub. Paytaxtın küçə və yollarının bir çoxu yenə bu yükü götürə bilməyib.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, hər bir nöqtədə tıxacın yaranmasının öz səbəbi var:

“Bunu fərdiləşdirilmiş qaydada işləmək lazımdır. Məsələn, elə yerlər var ki, orada tıxac yaranmasının səbəbi bir ərazidə gedən tikinti işləridir. Başqa bir səbəb də təhsil müəssisələri və iş yerlərinin bəzilərinin yanında parklanma yerlərinin olmamasıdır. Digər bir səbəb isə, sürücülərin dayanma, durma, parklanma qaydalarını pozmasıyla bağlıdır. Strateji yol ayrıcında keçmə növbəliyini müəyyən edən işıqfor və yol nişanının optimal olmaması həmin şəraitdə növbəliyi ideal vəziyyətdə təmin edə bilmir.

Bugünkü gün Azərbaycanda hələ ki, ictimai nəqliyyata maraq inkişaf etmiş ölkələrdəki kimi deyil. Bizdə avtomobilləşmə səviyyəsi yüksək deyil. Bakı şəhərində avtmobilləşmə səviyyəsi cəmi 25-30% arasındadır. Ümumi ölkəmizdə isə 12-13%-dir. Bununla belə, tıxac görürük, amma dünyanın elə ölkələri var ki, orada avtomobilləşmə səviyyəsi 70%-i keçsə də, sıxlıq Bakıdakından yaxşı olur. Səbəb nədir? İnsanlar ictimai nəqliyyata üstünlük verirlər, velosipedlə hərəkət edirlər. İctimai nəqliyyatı ideal vəziyyətə gətirmək lazımdır ki, insanlar ictimai nəqliyyatın bütün növlərinə üstünlük versinlər. Orada komfort, rahatlıq, təhlükəsizlik artırılmalıdır. İctimai nəqliyyatın prestiji qaldırımalıdır ki, insanlar hər yerə şəxsi avtomobilləri ilə getməsinlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Gəlinin atasının hədiyyəsi 15 günlük evliliyi bitirdi – HADİSƏ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR