Messi "Barselona"​da ən yaxşı

"Barselona" kapitani Lionel Messi ona verilən "futbol meydanında "Barsa"nın hansı oyunçusu ilə daha yaxşı münasibətlərə malikdir", - sualına cavab verib.

Mətbuat.az footballhd.ru saytına istinadən xəbər verir ki, Messi ən yaxşı tərəf müqabilinin Jordi Alba olduğunu açıqlayıb. O, "Əlbəttə, mənim İnesta və Xavi ilə oyun meydanında gözəl münasibətlərim olub. Onlar unikal futbolçulardır. Hazırda bugünkü heyətdə məni yarım sözdən başa düşən oyunçu var. Bu, Jordi Albadır. O, məni yaxşı tanıyır və nə edəcəyimi bilir. Bizim onunla oyun meydanında xüsusi əlaqələrimiz var", - deyə bildirib.

https://metbuat.az/news/1027779/gunun-ulduz-fali.h..


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR