Kutrone "Milan"a kömək edə bilməyəcək

Avropa Liqasının startında Kutrone "Milan"a kömək edə bilməyəcək. Belə ki, hücumçu Lüksemburqda keçiriləcək oyunu buraxmalı olacaq.

Mətbuat.az xəbər verir ki,nüfuzlu La Qazetta dello Sportun yazdığına görə komandanın hücumçusu zədəsini sağaldıb komandaya qayıtmaq istəsə də, "Milan"ın çalışdırıcısı Cennaro Qattuzo buna razı olmayıb. O, Avropa Liqasındakı oyuna görə gənc futbolçunun sağlamlığını risk altında qoymaq istəməyib.

Qeyd edək ki, "Milan" sabah Avropa Liqasının qrup mərhələsində oyununa start verəcək. Qattuonun yetirmələrinin ilk rəqibi "düdelanj" (Lüksemburq) olacaq.

https://metbuat.az/news/1027763/messiden-cempionla...- Bunu da oxuyun


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR