Bakıda qatar tuneldə qaldı - Sərnişinlər arasında çaxnaşma

Bakıda qatar tuneldə qaldı - Sərnişinlər arasında çaxnaşma
20:32 19 Sentyabr 2018
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Təxminən 1 saat öncə "Nizami" stansiyasından üzü "28 May" istiqamətində hərəkətdə olan qatar tuneldə qalıb.

Sərnişinlərin Milli.Az-a verdiyi xəbərə görə, sərnişinlə dolu qatar 20 dəqiqəyə yaxın tuneldə dayanmalı olub.

Bu hadisə sərnişinlər arasında çaxnaşmaya səbəb olub. "28 May" stansiyasında sərnişinlərin əksəriyyəti qorxduqları üçün məcburiyyətdən qatardan enməli olublar.

Qatarın tuneldə qalma səbəbi hələlik məlum deyil. 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/686960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR