“Yuventus”un hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Valensiya” ilə oyundan qovulub.

Mətbuat.az xəbər verir ki, buna səbəb portuqaliyalının qırmızı kart alması olub. Belə ki, Ronaldu 29-cu dəqiqədə rəqib komandanın oyunçusu Ceyson Murilyoya qarşı aqressiv davranaraq ona zərbə endirib.

Oyundan kənarlaşdırma qərarını almaniyalı baş hakim Feliks Brix verib.

33 yaşlı oyunçu meydanı göz yaşları içərisində tərk edib.

Qeyd edək ki, bu, Ronaldunun karyerası ərzində 11-ci, Çempionlar Liqasında isə 1-ci qırmızı kartıdır.


metbuat.az/news/1027343/qrizmann-ozunu-ronaldo-ve-messi-ile-muqayise-edib.html- Bunu da oxuyun