Bakıda “Mercedes” markalı minik avtomobili yanıb

07:02 24 Aprel 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 06:50 ]


Bakı-APA. Bakıda gecə saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Nərimanov rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR