Meksikanın Sonora ştatının 11 bələdiyyəsində güclü yağışlar səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Milli Mülki Müdafiə Xidmətindən bildiriblər.

Daha əvvəl fövqəladə vəziyyət rejimi Sinaloa ştatının 11 bələdiyyəsində elan edilmişdi.

Məlumata əsasən, güclü yağışlar səbəbindən Sonora ştatında 2 yaşlı uşaq həlak olub, Sinaloa ştatında isə 3 nəfər həlak olub, 3 nəfər itkin düşüb.

Milli.Az