Çanaqqala mövzusunda keçirilmiş ədəbi müsabiqənin qalibləri mükafatlandırılıb

11:32 24 Aprel 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 11:24 ]


Bakı. Fərid Mirzəyev – APA. Çanaqqala savaşı mövzusunda keçirilmiş ədəbi müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. APA-nın xəbərinə görə, müsabiqə Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən birgə təşkil olunub.

 

Türkiyə səfirliyinin müşaviri Seyid Əhməd Arslan bildirib ki, müsabiqəyə yazı qəbulu bu il martın 2-dən aprelin 14-dək aparılıb: “Şeir, hekayə və məqalələr şərti imza ilə çap halında, beş nüsxə olmaqla müsabiqəyə təqdim olunub. Biz müsabiqədə qalib olan iştirakçıların may ayında Çanaqqalaya səyahət turunu təşkil edəcəyik”.

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu müsabiqənin iki xalqın arasındakı əlaqələrə bir töhfə olduğunu bildirib: “Bu yazı müsabiqəsi çox vacibdir. Çanaqqala savaşının 100 illiyi münasibətilə keçirilən bu yazı müsabiqəsinə çox dəyərli şeir və hekayələr göndərilib. Qalibləri təbrik edirəm”.

 

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar da çıxış edib.

 

Müsabiqədə 1-ci yeri Sevinc Mürvətqızı, Sevinc Nuruqızı, Namiq Əhmədov, 2-ci yeri Yusif Nəğməkar, Firudin Qurbanov, Firuzə Nadir, 3-cü yeri Akif Əhmədgil, Leyla Kərimov, Elçin Əhmədov tutublar.

 

Tədbirdə azərbaycanlı bəstəkar Sevinc Tofiqqızının Çanaqqala savaşına həsr elədiyi klipi nümayiş olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380997

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR