“Cəsəd dövlət”in LİDERİ, Paşinyanın növbəti SƏHVİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
16 baxış·6 dəq oxu
Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə
iclası olub. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə dair
bəyanatla çıxış ediblər. Ərdoğan ABŞ-ı Menbiçdə təyin olunan yol
xəritəsinə və təqvimə riayət etmədiyini bildirib. İran Təl-Əvivi
özünün nüvə silahlanması üzrə qeyri-leqal proqramından danışmağa
çağırıb. ABŞ İranı Suriyadan güc yoluyla çıxmağa məcbur
etməyəcəyini bəyan edib.
Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları
Şurasının geniş tərkibdə iclası olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası
çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş
naziri Nikol Paşinyanın ayaqüstü söhbəti olub.
Məlumata görə, MDB dövlət başçıları görüşdən öncə ümumi foto
çəkdirib. Bundan sonra Azərbaycan lideri ilə erməni baş nazir
videokameralar qarşısında qısa söhbət edib.
Fotoda Paşinyanın Azərbaycan lideri qarşısında sıxıldığı aydın
görünür. Bu detal Ermənistan mediasının da gözündən yayınmayıb.
Erməni mediası Paşinyanı zəiflikdə və təcrübəsizlikdə
günahlandırıb.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə dair
bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin görüş
zamanı tərəflərdən narahatlıq doğuran bəyanatlar və insidentlərlə
bağlı izahat istədikləri bildirilir.
Qeyd olunub ki, həmsədrlər insan ölümləri hallarının davam
etməsindən dərin təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar
nazirləri gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər,
tərəfləri pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və
aqressiv ritorikadan çəkinməyə çağırıblar.
Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün
tərəflərdən güzəştlər tələb edəcək.
Azərbaycan və Ermənistan XİN rəhbərləri isə danışıqlar
prosesinin fəallaşması üçün tədbirlərin, habelə gərginliyin
azaldılması üçün əlavə tədbirlərin vacibliyini vurğulayıblar.
Rusiya prezidenti Vladimir Putin Bakıda səfərdə
olarkən Ermənistanda rus ordusu təlimlərə başladı. Rusiya və
Ermənistanın birləşmiş ordu qruplaşmasının keçirdiyi təlimlərin
təfərrüatı məlum olmasa da, Putinin Azərbaycan torpaqlarında
Prezident İlham Əliyevlə müzakirələr apardığı vaxt belə bir addımın
atılması diqqət çəkir. Rusiya və Ermənistanın
birləşmiş ordu qruplaşması ötən ilin iyul ayında yaradılıb.
Putin Əliyevlə görüşü zamanı Ermənistanda rus ordusunu NİYƏ AYAĞA QALDIRDI? - ŞOK SƏBƏB
Vladimir Putinin Azərbaycana son səfəri Ermənistan
rəhbərliyinə bir mesajdır. Bunu rusiyalı politoloq,
Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov
bildirib.
Onun fikrincə, Azərbaycan və Rusiya prezidentləri - İlham
Əliyevlə Vladimir Putinin danışıqları çox müsbət, mehriban
ab-havada keçib, iki dövlət başçısı arasında çox yaxşı şəxsi
münasibətlər yaranıb.
“Məncə, Vladimir Putinin bu səfərində mühüm məqsədlərdən biri
Ermənistanın yeni rəhbərliyinə doğru yolla getmədikləri barədə
mesaj ötürmək olub. Əgər Nikol Paşinyan Klollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının nümayəndələrini həbs etdirməyə davam etsə
və müəyyən səhv addımlar atsa, nəinki ölkə rəhbərliyi, bütövlükdə
Ermənistan üçün də çox ciddi fəsadlara yol aça bilər”, - deyə
rusiyalı ekspert vurğulayıb.
ABŞ Menbiçdə təyin olunan yol xəritəsinə və təqvimə
qətiyyən riayət etmədi. Bu sözləri Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan deyib.
“PYD-YPG o bölgəni tərk etməyib. Bölgənin əsl sahibləri hələ də
ora yerləşməyib. ABŞ burada sözünü tutmadı. 90 gün deyilmişdi, 90
gün başını alıb gedir. Bundan sonrakı prosesdə hansı yeniliklər
olacağını görəcəyik”, - Ərdoğan bildirib.
İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd
Cavad Zərif Təl-Əvivi özünün nüvə silahlanması üzrə qeyri-leqal
proqramından danışmağa çağırıb. Bu haqda Tvitter
səhifəsində bildirib.
“İsrail bizim regionumuzda məxfi və nüvə silahlanması üzrə
qeyri-leqal proqramdan istifadə edən tək rejimdir. İsrailin
qeyri-qanuni nüvə silahlanması proqramını etiraf etmək və
beynəlxalq ekspertlər üçün açmaq vaxtı çatıb”, - o deyib.
Xatırladaq ki, İsrailin baş naziri BMT Baş Assambleyasında çıxış
edərək İranın tonlarla nüvə materialının saxlandığı gizli anbara
sahib olduğunu bildirib.
İrandan ŞOK İDDİA: İsrail tək dövlətdir ki...
ABŞ İranı Suriyadan güc yoluyla çıxmağa məcbur
etməyəcək. Bunu Nyu Yorkda jurnalistlər üçün təşkil
etdiyi brifinqdə çıxışı zamanı ABŞ-ın Suriya üzrə xüsusi
nümayəndəsi Ceyms Cefri deyib. Onun sözlərinə görə, ABŞ İranın
Suriyadan çıxarılması məsələsində yalnız siyasi təzyiqlərlə
kifayətlənəcək:
“İranlıları Suriyadan getməyə məcbur etməyəcəyik. Nə biz, nə də
ruslar onları Suriyadan getməyə məcbur edə bilər. Ona görə ki,
məcburetmə hərbi yolla həyata keçirilir, biz isə savaş istəmirik.
İranlılara qarşı yalnız siyasi təzyiqlərdən istifadə edəcəyik.
Bununla belə, İran Suriyada qaldığı müddət ərzində ABŞ Suriyadan
çıxmayacaq”.
“ABŞ hesab etmir ki, Suriya prezidenti Bəşər Əsəd
Suriya münaqişəsində qalib gəlib”. Bu haqda Suriya
dialoqu üzrə ABŞ-ın xüsusi nümayəndəsi Ceyms Ceffri Nyu-Yorkda
brifinqdə bildirib.
“Bəşər Əsəd hesab edə bilər ki, o, hazırda qalib gəlib. Amma o,
Suriya ərazisinin təxminən yarısını əlində saxlayır, əhalinin
yarısı onun nəzarəti altında deyil. O, cəsəd dövlətdə - praktik
olaraq iqtisadiyyatı, neft və qaz resurslarına girişi olmayan,
bərpasına ümid olmayan bir dövlətdə oturur. Çünki, ABŞ onları
bloklayır. Ona görə düşünmürəm ki, o, bir şey udub”, - Ceffri
deyib.
Bundan başqa, o bildirib ki, Rusiyaya Əsədi dəstəkləmək vacib
deyil.
Qüdsün statusu və Fələstin xalqının haqları ticarət
predmeti ola bilməz. Bunu BMT Baş Assambleyasında
çıxışı zamanı Fələstin lideri Mahmud Abbas deyib.
“Qüds satılmır. Fələstin xalqının haqları ticarət predmeti ola
bilməz. Regionda sülhün bərpa edilməsi yolu paytaxtı Şərqi Qüds
olan müstəqil Fələstin dövlətinin yaradılmasından keçir. Əgər bu
baş tutmasa, regiona sülh gəlməyəcək. Fələstinlilər hələ də sülhə
inanırlar. Biz heç vaxt danışıqlardan imtina etməmişik və bundan
sonra da daim əlimizi danışıqlar üçün uzadacağıq”, – deyə o
bildirib.
Ukraynanın Zakarpatye vilayətində “İkinci Krım
ssenarisi” təkrarlanır. Belə fikirlə “ObozTV”nin
efirində “Batkivşina” Partiyasından Ukraynanın xalq deputatı İqor
Lusenko Macarıstanın Ukraynanın Zakarpartye vilayətindəki
konsulunun ukraynalılara Macarıstan pasportları verməsini şərh
edərkən deyib.
O hesab edir ki, hazırda Kiyevdə iki seçim var: ya reaksiya
verməmək və belə şeylərə gözlərini bağlamaq, ya da hansısa
diplomatik alətlərdən istifadə etmək.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna KİV-lərində Macarıstanın
Ukraynanın Zakarpartye vilayətindəki konsulunun ukraynalılara
Macarıstan pasportları verdiyini əks etdirən video yayılıb. Bundan
sonra Ukrayna xarici işlər naziri Pavlo Klimkin Macarıstanla bağlı
kəskin bəyanat verib. Xarici İşlər Nazirliyinin başçısı bildirib
ki, Zakarpatyedə macar pasportlarının verilməsi milli təhlükəsizlik
üçün çağırışdır. Klimkin macar həmkarı ilə konsulun göndərilməsi
məsələsini müzakirə etməyə söz verib.
Bunun qarşılığında Macarıstan xarici işlər naziri Peter Siyarto
Ukraynanın atacağı hər hansı addıma ölkəsinin tutarlı cavab
verəcəyini bildirib.