Azərbaycanlı rəssam Royal Paşayev (az-ya) sosial mövzuya toxunan art-layihə yaradıb. Maqdalena adlı layihə özündə incil personajı - tövbə edən əxlaqsız qadını əks etdirir.

ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, layihə Mariya Maqdalena - əxlaqsızlıq yolu ilə pul qazanan, İsa Məsihi gördükdən sonra isə öz peşəsini atan və onun ardınca gedən günahkar qadın barədədir. Nəticədə İsa Maqdalenanı qəbul edir, ancaq onu əhatə edən insanlar bununla razılaşmır. O zaman İsa Məsih "İlk daşı günahsız olan atsın" deyir.

Rəssam öz incəsənətini ifadə etmək üçün layihədə 20-ci əsrin 50-60-cı illərində hakim olan pop-art təmsilçilərinin təsviri incəsənət istiqamətini və stilini seçib. Hazırda Royal Paşayev ABŞ-da, Texas ştatının Ostin şəhərində yaşayır və Amerikanın bir neçə şəhərində sərgilərə hazırlaşır.

Monika Maqdalena
Tövbə edən əxlaqsız qadın layihəsi... (FOTO)

İqqi Maqdalena
Tövbə edən əxlaqsız qadın layihəsi... (FOTO)

Mayli Maqdalena
Tövbə edən əxlaqsız qadın layihəsi... (FOTO)

Rihanna Maqdalena
Tövbə edən əxlaqsız qadın layihəsi... (FOTO)

Kara Maqdalena
Tövbə edən əxlaqsız qadın layihəsi... (FOTO)

Konçita Maqdalena
Tövbə edən əxlaqsız qadın layihəsi... (FOTO)

Mila Maqdalena
Tövbə edən əxlaqsız qadın layihəsi... (FOTO)

Skarlett Maqdalena
Tövbə edən əxlaqsız qadın layihəsi... (FOTO)

Emi Maqdalena
Tövbə edən əxlaqsız qadın layihəsi... (FOTO)


Mənbə
ANS PRESS