Sürətlə dünyaya yaxınlaşır - NASA-dan qorxudan AÇIQLAMA -

ABŞ kosmik agentliyi NASA "SP1" adlı böyük bir asteroidin dünyaya yaxınlaşdığını bildirib.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, sürəti saatda təxminən 60 min kilometr olan "SP1"in dünya ilə arasındakı ən qısa məsafə oktyabrın 3-də baş tutacaq.

Asteroidin uzunluğunun 70 ilə 160 metr arasında olduğu bildirilir.

Asteroid dünyaya 0.03926 astronomik məsafədən yəni, Dünyadan Aya olan məsafənin 15 qatından daha çox olan 5.39 milyon kilometrlik məsafədən keçəcək.

Bu günə olan HAVA PROQNOZU


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR