Paytaxtda meyvə-tərəvəz bazasında yanğın olub

16:23 24 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının Qaradağ rayonundakı meyvə-tərəvəz bazasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda meyvə-tərəvəz bazasının 4-cü anbarının E korpusunda ümumi sahəsi 200 kv.m olan soyuducunun kompressoru yanıb.

Soyuducu və içərisində olan mallar yanğından mühafizə olunub. Yanğın saat 12:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2387706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR