Milli Aviasiya Akademiyasının tələbələri “Azərişıq”ın Tədris Mərkəzində praktik məşğələ keçiblər

Milli Aviasiya Akademiyasının tələbələri “Azərişıq”ın Tədris Mərkəzində praktik məşğələ keçiblər
16:23 24 Aprel 2015
457 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) bir qrup tələbəsi “Azərişıq “ ASC-nin Tədris Mərkəzində praktik məşğələ keçiblər.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, tələbələr əvvəlcə Binəqədi rayonunun ərazisində yerləşən 1914-cü ildə tikilib istifadəyə verilən, hazırda Yarımstansiya-Muzey kimi fəaliyyət göstərən binaya ekskursiya ediblər. Onlar Muzeydə yaradılmış kitabxanada elektroenergetika sahəsinə aid tarixi əhəmiyyətli kitablarla və Bakı şəhərinin ötən əsrin 20-ci illərindəki şəbəkə sxemləri ilə tanış olublar. Həmçinin Muzeydə yerləşdirilmiş 1901-ci ildə quraşdırılmış “Bibiheybət” stansiyasının idarəetmə lövhəsi və ümumiyyətlə 20-ci əsrin əvvəllərində istehsal olunmuş elektrik avadanlıqları haqda geniş məlumat verilib.
Sonra tələbələr Tədris Mərkəzinin “Gənclik” korpusunda olublar. Korpusun təcrübə bölmələrində yerləşdirilmiş müasir elektrotexniki sınaq və diaqnostika, kabel və montaj avadanlığı, 10/0,4kV-luq yarımstansiyanın quru və yağ tipli transformatorları ilə tanış olublar.
“Azərişıq” ASC-nin Tədris Mərkəzi ilə MAA arasında əməkdaşlığın daim davam etdirilməsi nəzərdə tutulur.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Aviasiya_Akademiyasinin_telebeleri_Azerisiqin_Tedris_Merkezinde_praktik_mesgele_kechibler-849457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR