“Baku Fires” komandası “Argentina Condors” kollektivi ilə qarşılaşmada favoritdir

15:28 24 Aprel 2015
27 İdman
Ölkə mətbuatı
A- A+


Quba, 24 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 24-də Quba Olimpiya İdman Kompleksində “Baku Fires” komandası ilə “Argentina Condors” klubu arasında qarşılaşma ilə bağlı mətbuat konfransı və çəki mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Baku Fires” komandasının məşqçisi Sergey Korçinski jurnalistlərə açıqlamasında qarşılaşmaya tam hazır olduqlarını bildirib: “Rinqə çıxacaq bütün boksçularımızın qalib gələcəyinə ümüd edirəm. Rəqib komanda autsayderlərdən sayılsa da, biz hər bir qarşılaşmaya ciddi yanaşırıq. Bu, komandamızın qrup mərhələsində sonuncu görüşüdür. Albert Səlimov “Rio-2016” Olimpiya Oyunlarına lisenziyanı təmin etdiyindən bu qarşılaşmada təcrübəli boksçuya istirahət verilib. Onun əvəzinə gənc Nəsrəddin Məmmədov WSB-də debüt edəcək və təcrübəsini artıracaq. Görüşün favoriti bizik.
Mətbuat konfransında məlumat verilib ki, boksçumuz Pərviz Bağırovla (69 kq) döyüşməli olan Luis Alberto Veron ölkəmizə gələ bilmədiyi üçün idmançımıza texniki qələbə veriləcək.
Digər dörd döyüşdə isə Murad Rabadanov (52 kq) Rikardo İbarra, Nəsrəddin Məmmədov (60 kq) Brayan Nunyez, Mixail Dauqalivets (81 kq) Xuan Rizo Patron, Hacı Murtuzəliyev (91 kq-dan yuxarı) isə Fakundo Qiqlion ilə qarşılaşacaqlar.
Argentina klubu cari çempionatda cəmi 1 dəfə qalib gəldiyindən “Baku Fires” bu qarşılaşmanın aşkar favoriti sayılır. Bakı təmsilçisi 29 xalla qrupda ikinci pilləni özünə təmin edib. “Astana Arlans” kollektivi isə 39 xalla turnir cədvəlinin lideridir. Pley-off mərhələsinə vəsiqə qazanacaq “Baku Fires” A qrupunda 3-cü olan klubla qarşılaşacaq. Hazırda Ukrayna komandası 27 xalla 3-cü, Meksika təmsilçisi isə 25 xalla 4-cü pillədədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baku_Fires_komandasi_Argentina_Condors_kollektivi_ile_qarsilasmada_favoritdir-849465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR