Gömrük Komitəsinin sədri: “İrana gediş-gəlişə məhdudiyyət yoxdur”

Gömrük Komitəsinin sədri: “İrana gediş-gəlişə məhdudiyyət yoxdur”
16:39 24 Aprel 2015
86 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev son günlər bəzi KİV-lərdə Azərbaycandan İrana gediş-gəlişə məhdudiyyət qoyulması barədə dərc olunan yazılara münasibət bildirib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, komitə sədri qeyd edib ki, iki ölkə arasındakı gömrük-keçid məntəqələrində buraxılışla bağlı heç bir məhdudiyyət yoxdur: “Nəzərinizə çatdırım ki, son vaxtlar Azərbaycandan İrana və əks tərəfə gedib-gələnlərin sayı artıb. Novruz bayramı günlərində təkcə Biləsuvar gömrük keçid məntəqəsinə hər gün 3 mindən yuxarı insan müraciət edib. Bu məsələlər tənzimlənir, məhdudiyyət qoyulmur. Xəstə insanların müalicə üçün İrana gedib-gəlməsinə də heç bir məhdudiyyət qoyulmur, insanlar rahat şəkildə gedib-gələ bilərlər”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200465

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR