Aydın Əliyev: "İrana gediş-gəlişə məhdudiyyət yoxdur"

Aydın Əliyev: "İrana gediş-gəlişə məhdudiyyət yoxdur"
17:17 24 Aprel 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

"Azərbaycan-İran sərhədində vətəndaşların gediş-gəlişi ilə bağlı heç bir məhdudiyyət tətbiq olunmayıb. İnsanlar bu ölkəyə sərbəst gedib-gələ bilərlər".

Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Mingəçevirdə jurnalistlərə açıqlamasında bildirib. Komitə sədri, həmçinin deyib ki, Azərbaycan ilə Rusiya arasında bitki mənşəli kənd təsərrüfatı məhsullarının tədarükü prosedurunun sadələşdirməsini nəzərdə tutan sənədin yaxın günlərdə imzalanmasi gözlənilir:

"Demək olar ki, sənəd 100 faiz hazırdır. Rusiya tərəfi ilə razılaşdırılıb. Sadəcə olaraq, imzalanma ilə bağlı məsələ qalıb. Ümid edirik ki, yaxın günlərdə buna dair qərar veriləcək və sənəd imzalanacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR