Türkiyə polisi və Kəşfiyyat Xidməti İzmir vilayətində PKK terror təşkilatının üzvlərinə qarşı birgə əməliyyat keçirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 21 nəfər saxlanılıb.

Saxlanan şəxslərin terrorçularla sıx əlaqələri olduğu qeyd edilir.

Məlumata görə, daha 4 nəfər axtarışa verilib.

Əməliyyat çərçivəsində saxlanılanların kimliyi açıqlanmır.

Milli.Az