Qərar verildi: şad xəbər (VİDEO)

Qərar verildi: şad xəbər (VİDEO)
17:41 24 Aprel 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

İdman arenaları ərazisində yaşayanlara parkinq icazəsi veriləcək.

ANS TV-nin məlumatına görə, Avropa Oyunlarının keçiriləcəyi idman arenaları ətrafında nəzarət zonaları yaradılıb və xüsusi nişanlarla qeyd olunub. Xüsusi işarələnmiş həmin ərazilərdə yaşayan və avtomobili olan sakinlərə parkinq icazəsi veriləcək. İş yerləri oyunların keçirİləcəyi ərazilərdə olanlar isə ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.

Bakı şəhər icra hakimiyyətinin şəhər təsərrüfatının müdiri Xalid Ələkbərov deyir ki, bunun üçün vətəndaşlar şəxsiyyət vəsiqəsi, yaşadığı ünvanı təsdiq edən sənəd və maşının texniki posportunun sürəti ilə Mənzil İstismar Sahələrinə müraciət edərək icazə kağızını ala bilərlər.

İcazə kağızı mayın 15-dən sonra əhaliyə paylanılacaq.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=340214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR