Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edib - FOTO

Rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşları qəbul edib - FOTO
18:02 24 Aprel 2015
71 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 17:48 ]


Salyan. Əlibəy Zeynallı - APA. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Salyan telekommunikasiya qovşağının binasında Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinləri qəbul edib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəbulda əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

 

Qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılmaya ehtiyac olan bəzi müraciətlər isə qeydiyyata götürülüb. Onların operativ həlli üçün nazirliyin müvafiq struktur rəhbərlərinə konkret tapşırıqlar verilib.

 

Qəbul zamanı nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər də olub.

 

Həmin müraciətlər müvafiq strukturlara göndərilərək həll olunması üçün qeydiyyata alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR