Bakıda kişi və qadın evdə asılmış vəziyyətdə tapılıb

Bakıda kişi və qadın evdə asılmış vəziyyətdə tapılıb
18:21 24 Aprel 2015
315 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda evdə iki meyit aşkarlanıb.

Hadisə Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə qeydə alınıb. Həmin ünvanda iki nəfər asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Hazırda hadisə yeri müayinə edilməklə araşdırmalar davam etdirilir.

Sabunçu Rayon Prokurorluğundan APA-ya bildirilib ki, meyitləri tapılmış şəxslərin adları artır müəyyənləşib.

Araşdırmalar zamanı məlum olub ki, onlar – Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərova və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadədir.

Adıçəkilən şəxslərin intihar edib-etmədiyi araşdırılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=340250

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR