Vahid rəqəmli baza müzakirə olunur

Vahid rəqəmli baza müzakirə olunur
18:42 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Mayın 6-da Avropa Komissiyası Avropa İttifaqında (Aİ) vahid rəqəmli bazarın yaradılması ilə bağlı təklifini açıqlayacaq.
 
Təklif Aİ iştirakçısı olan 28 ölkənin yerli bazarının rəqəmli məhsullar, kapital, kontent və xidmətlər üçün vahid bazar məkanında birləşdirilməsinə yönəlib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu addımın atılmasına səbəb ABŞ-ın Google və Facebook kimi texnoloji şirkətlərinin Avropada artmaqda olan üstünlüyüdür. Bundan başqa, Avropa Komissiyasını bu şirkətlərin Avropanın 2 milyon müəssisə və 33 milyon iş yerinin daxil olduğu şəbəkə infrastrukturu, avtomobil sahəsi və istehsalına mümkün müdaxilələri narahat edir.
 
Layihə iki il müddətində olmaqla bir neçə mərhələdə həyata keçiriləcək. Vahid Avropa bazarının yerli şirkətlərin Google və Facebook ilə rəqabət aparmasını gücləndirmək üçün şərait yarada biləcəyi gözlənilir.
 
Avropa Komissiyası həmçinin vahid bazar çərçivəsində ümumi vergiqoyma sistemi yaratmağı planlaşdırır. Bildirilir ki, bu, Aİ iştirakçı ölkələr arasında dəfələrlə fikir ayrılığına səbəb olan qeyri-bərabər vergiqoyma problemini həll etməyə kömək edəcək.
 
Sənəd layihəsində qeyd olunan vəzifələrdən biri də Aİ çərçivəsində sərbəst məlumat axınına mane olan texniki və hüquqi əngəllərin aradan qaldırılmasıdır. Aİ ölkələrində məlumatların saxlanılması, onların yerləşməsi, emalı və şifrlənməsi ilə əlaqədar məhdudiyyətlər müxtəlif olduğuna görə şirkətlər DATA mərkəzləri hər regionda və ya ölkədə yerləşdirmək məcburiyyətində olurlar.
 
Layihədə qeyd olunan istiqamətlərdən biri kimi telekommunikasiya bazarında islahatların aparılması göstərilir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/336348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR