Bakı. 24 aprel. REPORT.AZ/ "Altılıq" ölkələri İranla nüvə danışıqlarının növbəti raundunu gələn həftə Nyu-Yorkda keçirməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirir ki, həftənin ortalarında ABŞ-da ilk öncə ekspertlər görüşə bilər, daha sonra isə danışıqlara siyasi direktorların qoşulması da mümkündür.
"Məsələ axşam saatlarında İranla "altılıq" ölkələrinin plenar iclasında həll oluna bilər. Son qərar konsensus yolu ilə qəbul edilməlidir", - mənbə bildirib.